"Azərbaycan millisində keyfiyyət elə də çox deyil" - serb mütəxəssis

"Belə bir qrupun bütün komandalar üçün çətin olacağını düşünürəm. Möhtəşəm oyunçularımız var və düşünürəm ki, seçmə mərhələdə ən vacib şey həvəs və ehtirasdır. Oyunçular başa düşməlidirlər ki, bəlkə də, bu, onların bir çoxu üçün dünya çempionatında iştirak etmək baxımından son şansdır. Dünya çempionatında ölkəniz üçün oynamaqdan yaxşı bir şey yoxdur. Milli komandaya gəlincə, ən əsası komanda ruhudur".

 

Sportal.az xəbər verir ki, bu sözləri Meksika, Kosta-Rika, ABŞ, Nigeriya və Çin millisinin sabiq baş məşqçisi Bora Milutinoviç "danas.rs" saytına müsahibəsində Serbiya millisinin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.

 

Serbiyalı mütəxəssis daha sonra bildirib: "Qrup biz və Portuqaliya yüksək keyfiyyətə sahibik. İrlandiya bir qədər aşağı səviyyəlidir. Azərbaycan və Lüksemburq yığmalarında isə keyfiyyət elə də çox deyil. Hətta biz Qətərlə yoldaşlıq matçları da keçirəcəyik".

Tarix: 4 Yanvar [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Mart 2021
28  Fevral 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio