"Qəbələ" hazırlığa başlayır

13:35 - 5 Yanvar 2021

“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlığına bu gün start verəcək.

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək.

Komandanın 2021-ci ildə ilk məşqi günün ikinci yarısına təsadüf edəcək.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlıq prosesi çərçivəsində öncədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama görüşü keçiriləcək. Yanvarın 10-na planlaşdırılan “Neftçi” ilə görüş baş tutmayacaq. Ayın 13-dək Qəbələ şəhər stadionunda hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışı Bakıda davam etdirəcək. Yanvarın 14-də komanda “Sumqayıt”la matçda qüvvəsini sınayacaq.

“Qəbələ”nin məşqlərinə U-19 komandasının dörd üzvü də qatılacaq.

Xəbər xətti