4-cü dubl - "Zirə"nin statistikası

15:15 - 27 Yanvar 2021

1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyununda fərqlənən Nemanya Andelkoviç, Davit Volkov və Musa Qurbanlı “Zirə”nin heyətində ölkə kubokunda qol hesabını açıb.

 

Sportal.az xəbər verir ki, bu görüşədək “qartallar”ın 16 futbolçusu turnirdə fərqlənmişdi. Bu rəqəm 19-a yüksəlib.

 

“Qaradağ Lökbatan”ın qapısına 2 qol vuran Davit Volkov klub tarixinə kubokda dubla imza atan 4-cü futbolçu kimi düşüb.

 

Dahav əvvəl Nelson Bonilya 2015/16, Vüsal İsgəndərli 2017/18, Adil Nağıyev 2018/19 mövsümündə bunu bacarıb.

Xəbər xətti