ÇSKA-da yeni hücumçu

16:51 - 15 Fevral 2021

Rusiyanın ÇSKA klubu heyətini yeni oyunçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisi Çinin “Dalyan İfan” klubundan Salomon Rondonu icarəyə götürüb. 31 yaşlı forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Rondon Rusiyada “Rubin” və “Zenit” klublarında da çıxış edib. Təcrübəli futbolçu Venesuela yığmasında keçirdiyi 83 oyunda 31 qol vurmaqla milli tarixinin bombardiridir. O, İngiltərənin "Nyukasl" və "Vest Bromviç" klublarında da oynayıb.

Xəbər xətti