"Portu" Pepeni transfer etdi

13:19 - 19 Fevral 2021

Portuqaliyanın “Portu” klubu heyətinə yeni oyunçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, "əjdahalar" Braziliyanın “Qremio” klubunun yarımmüdafiəçisi Pepeni transfer edib. Bu keçid "Portu"ya 15 milyon avroya başa gəlib.

 

23 yaşlı oyunçu iyulun 1-də yeni komandasına qoşulacaq. Futbolçunun sərbəst qalmaq qiyməti 70 milyon avro təyin olunub.

 

Braziliyalı sol cinah vingeri bu mövsüm keçirdiyi 36 oyunda 9 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər xətti