Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

13:57 - 22 Fevral 2021

"Yeni Malatyaspor" baş məşqçisi Hamza Hamzaoğlu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi və köməkçiləri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Hamza Hamzaoğlu ötən ilin avqustundan "Yeni Malatyaspor"a rəhbərlik edirdi. Bu mövsüm keçirdiyi 25 oyunda 30 xal toplamış komanda Super Liqada 21 kollektiv arasında 13-cüdür.

Xəbər xətti