Abdullah Zubir: “Qarabağ” forması ilə 100 oyun keçirmək qürurvericidir”

“Qarabağ”ın futbolçusu Abdullah Zubir klubun rəsmi saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “köhlən atlar”ın heyətində 100 oyun keçirməsi ilə bağlı bunları deyib:

 

“Sevincimi necə ifadə edəcəyimi bilmirəm. Doğrudan da “Qarabağ” forması ilə 100 oyun keçirmək qürurvericidir. Çox şadam və xoşbəxtəm ki, bu klubdayam. Hər şey ürəyimcə və zövqümcədir. Bu klubda möhtəşəm insanlar cəmləşib. Komandanın uğuru üçün hamı çalışır. Belə möhtəşəm klubda oynadığım və 100-cü oyunumu keçirdiyim üçün çox xoşbəxtəm”.

 

Zubir “Qarabağ”la müqaviləsini 3 il artırmasından danışıb və komandaya gələcək oyunlarda fayda verməyə çalışacağını bildirib:

 

“Qarabağ”ın necə iddialı olduğu hər kəsə məlumdur. Özümə qarşıdakı illərdə də komandanın iddialarına cavab verəcək səviyyədə oyun nümayiş etdirməyi arzulayıram. Daha çox qollar vurmaq və “Qarabağ”ın daha böyük zəfərlərinə töhfə verməyi arzu edirəm. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı dönəm əvvəlkindən daha uğurlu və yaxşı olsun”.

Tarix: 23 Fevral [16:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Mart 2021
1  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio