"Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub. "Atalanta" evdə "Real"ı qəbul edib və 0:1 hesabı ilə uduzub.

 

Digər matçda isə "Borussiya" (Mönhenqladbax) "Mançester Siti" ilə qarşılaşıb. Matç pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilib. Oyun Mançester təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

00:00. "Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1

Qol: Ferlan Mendi, 86

Qırmızı vərəqə: Remo Freuler, 17 ("Atalanta")

 

00:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2

Qollar: Bernardo Silva, 29, Qabriel Jezuş, 65.

Tarix: 25 Fevral [01:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio