Milli komanda "Qəbələ"yə uduzdu

Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin U-19 komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. U-17-nin qollarını penaltidən Sənan Ağalarov və İbrahim Ağayarov vurub.

 

Milli hazırlıq çərçivəsində son oyununu martın 2-də “Kəpəz”ə qarşı keçirəcək.

 

Yığma ilk sınağında yerli “Turan Tovuz” komandasını 2:0 hesabıyla üstələmişdi.

Tarix: 28 Fevral [21:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio