Portuqaliya - Azərbaycan oyunu "Yuventus"un stadionunda

22:10 - 3 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyada təşkil olunacaq.

 

Sportal.az xəbər verir ki, görüş Turin şəhərində yerləşən "Yuventus" klubuna məxsus "Allyans" stadionda keçiriləcək.

 

Bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA, Portuqaliya Futbol Federasiyası və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

 

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

 

Qarşılaşma martın 24-ü baş tutacaq.

Xəbər xətti