"Qəbələ"nin "Səbail"lə 16-cı dueli

Bu həftə Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları keçiriləcək. “Qəbələ” turun ikinci günündə meydana çıxacaq.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” öz meydanında “Səbail”lə görüşəcək. Qəbələ şəhər stadionundakı qarşılaşma iki komanda arasında 16-cı matç olacaq.

 

Əvvəlki 15 oyunda 8 qələbəsi olan “Qəbələ” 4 görüşdən sülhlə ayrılıb. Yalnız üç dəfə uduzan komanda top fərqində də üstündür - 28:16.  “Səbail”lə matçlarda Baqali Dabo hamıdan çox - 6 qola imza atıb.

 

“Qəbələ” paytaxt təmsilçisi ilə 13 dəfə çempionat, 2 dəfə kubok duelinə çıxıb. Premyer Liqada 6 qələbə qazanan futbolçularımız 4 dəfə bir xalla kifayətlənibsə, bakılılar 3 matçda qalib gəlib. 23 qol vuran “qırmızı-qaralar” 14 top buraxıb.

 

“Qəbələ” öz meydanındakı 7 görüşdə uduzmayıb. 5 qələbəsi olan komanda 2 dəfə heç-heçə edib. Meydan sahiblərinin 14 qol vurduğu görüşlərdə qonaqlar 4 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib.

 

Martın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 15:00-da başlayacaq.

Tarix: 8 Mart [15:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Aprel 2021
19  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio