"Yuventus"da İqor Tudor dönəmi?

16:37 - 7 Aprel 2021

İtaliyanın "Yuventus" klubu A Seriyasının 29-cu turunda "Napoli" ilə oyunda xal itirsə, baş məşqçi Andrea Pirlonu istefaya göndərəcək.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi mövsümün sonuna qədər baş məşqçi postunu xorvatiyalı İqor Tudora həvalə etmək istəyir. 42 yaşlı mütəxəssis mövsümün əvvəlindən Turin klubunda Pirlonun köməkçisidir.

 

Yeni mövsümdən isə "qoca sinyora"nı keçmiş baş məşqçisi Massimiliano Alleqri çalışdıra bilər. Klub rəhbərliyi 53 yaşlı mütəxəssislə əlaqə saxlayıb və məsələni müzakirə edib.

Xəbər xətti