"Qarabağ" - "Aşdod" matçına nə qədər bilet satılıb?

17:14 - 21 İyul 2021

"Qarabağ" Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda İsrailin "Aşdod" klububunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmaya bilet satışı davam edir. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, artıq oyuna 7 mindən çox bilet satılıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Aşdod" görüşü sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti