Tanınmış hakim karyerasını bitirir

15:19 - 29 İyul 2021

Niderlandlı FİFA referisi Byörn Kuypers hakimlik karyerasını bitirəcək.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı referi son olaraq avqustun 7-də, Niderland Super Kuboku çərçivəsində keçiriləcək “Ayaks” – PSV matçını idarə edəcək.

 

Kuypers hakimlik karyerasına 2002-ci ildə başlayıb. O, 2 dəfə dünya, 3 dəfə Avropa çempionatında iştirak edib. Bundan başqa, niderlandlı referi Çempionlar Liqasında 1, Avropa Liqasında isə 2 dəfə final matçında ədalət təmsilçisi olub.

 

Kuypers bu il keçirilən Avropa çempionatının final görüşünü idarə edib.

Xəbər xətti