"Fənərbaxça" daha 2 futbolçunu heyətdən kənarlaşdırdı

22:12 - 4 Avqust 2021

Türkiyənin “Fənərbaxça” klubu 2 futbolçunu heyətdən uzaqlaşdırıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Vitor Pereyranın tələbi ilə Caner Erkin və Sinan Gümüş komandadan uzaqlaşdırılıb.

 

Bundan əvvəl Mame Tiam, Sadık Çiftpınar, Oğuz Kağan Güçtekin və Kemal Ademi komandadan uzaqlaşdırılmışdı.

 

“Neftçi” Avropa Liqasının 3-cü mərhələsində Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdırsa, pley-offda “Fənərbaxça” ilə qarşılaşacaq.

Xəbər xətti