Kipr mətbuatı AEL - "Qarabağ" oyunundan yazdı: "Qarabağ" "Vlajniya"dan ciddi rəqibdi"

Bu gün Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" AEL-in qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Kipr mətbuatı Limassol klubunun "Qarabağ" önündəki şansını dəyərləndirib.

 

Kiprli həmkarlarımız "Qarabağ"ın ciddi rəqib olduğunu yazsa da, Limassol təmsilçisinin şanslarının az olmadığını da qeyd edib: "Bu gün AEL “AEK Arena”da cavab oyunuöncəsi pley-off mərhələsinə vəsiqə qazanmaq şanslarını artırmaq üçün “Qarabağ”la ilk oyuna çıxacaq. “Şirlər” azərbaycanlılara dişlərini göstərməli və “Vlajniya”ya qarşı oynadıqları oyundan da yaxşı oyun göstərməlidirlər. 


Aydın məsələdir ki, “Qarabağ” “Vlajniya” ilə müqayisədə daha ciddi rəqibdi. Ona görə də AEL ideal oyunu göstərməlidi ki, uğurlu nəticə qazansın. “Qarabağ” cinahlardan sürətli oynayan komandadı. Ki, Duşan Kerkez də bunu analiz edib. Rəqibə bu mənada icazə verməməyə çalışacaq. Bununla yanaşı AEL-in baş məşqçisi komandasının düşən imkanlardan maksimum istifadə etməsi üçün hücumda effektli olacağına ümid edir. Şübhsəzi ki, AEL daha hazırlıqlıdı, bircə qalır bunu bu gün “AEK Arena”da göstərmək".

Tarix: 5 Avqust [12:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio