Qələbə qazanan klub kubokdan uzaqlaşdırıldı

17:10 - 17 Avqust 2021

"Volfsburq" Almaniya Kubokundan kənarlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb komandanın məşqçilər heyətinin avqustun 8-i 1/8 finalda "Proyssen"lə görüşdə 6 əvəzetmə etməsidir. Qaydalara görə isə bu turnirdə yalnız 5 əvəzetməyə icazə var.

 

"Volfsburq" əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün əlavə vaxtında 3:1 hesabı ilə qalib gəlsə də, yarışdan diskvalifikasiya edilib.

 

"Proyssen"in etirazından sonra isə Almaniya Futbol İttifaqı komandanı 2:0 hesablı qələbəyə layiq görüb.

Xəbər xətti