"Sevilya" artıq çəkisi olan futbolçunun müqaviləsini ləğv etdi

İspaniyanın "Sevilya" klubu müdafiəçi Joris Qnaqnonla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, La Liqa klubu 24 yaşlı futbolçunun müqaviləsini intizamsız davranışlarına və fiziki durumuna görə ləğv edib. Belə ki, fransalı mərkəz müdafiəçisinin çəkisi 100 kq-dan artıq olub.

 

Qeyd edək ki, "Sevilya" Qnaqnonu 2018-ci ildə Fransanın "Renn" klubundan 13,5 milyon avroya transfer etmişdi.

Tarix: 21 Sentyabr [15:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio