Şimali makedoniyalı: "Rəşad Sadıqovu milli komandaya mən qaytarmışdım"

"Azərbaycan futbolunun islahatlara ehtiyacı var. Mən bunu hər zaman deyirəm. Yeni baş məşqçi gəldi, ya gəlmədi, önəmli deyil. Əsas olan islahatların olmasıdı".

Bu sözləri Sportal.az saytına açıqlamasında Qyoko Haciyevski deyib.

Vaxtilə Azərbaycan milli komandasının baş məşqçisi kimi çalışmış Haciyevski Azərbaycan millisinin çıxışını dəyərləndirib. Onun fikrincə, islahatlar olmasa millimiz də yaxşı çıxış etməyəcək: "Azərbaycan futbolunda 10 ildən çox Bernard Lippert işlədi. Kimisə yetişdirdi, kimisə Azərbaycan futboluna bəxş etdi? Bəs, o, nə etdi? Heç kimi də yetişdirmədi. Yerli məşqçiləri seminarlara göndərmək lazımdı, tanınmış məşqçiləri ölkəyə dəvət edib, tədbirlər keçirmək lazımdı. Futbolçularla yanaşı məşqçiləri də xaricə çıxarmaq lazımdı.

Öncə islahat etmək lazımdı. Bu gün Azərbaycan millisi Serbiya ilə qarşılaşacaq. Çox çətin olacaq. Canni De Byazi barədə bir söz deyə bilmərəm. Çünki o da baş məşqçidi, mən də, yaxşı olmaz nəsə deməyim. İstənilən halda Azərbaycan milli komandasına uğurlar arzulayıram. Ümid edirəm ki, hər şey yaxşı olacaq, ancaq yenə deyirrəm, islahat, islahat və yenə də islahat".

"Azərbaycan millisində mən də çalışmışam. Əlbəttə ki, millini çalışdırmağa davam etmək istəyərdim. Qazaxıstan, Belçika və Finlandiyaya qarşı oynamışdıq. Hər üçü də yaxşı alınmışdı. Milliyə Rəşad Sadıqov, Mahmud Qurbanov, Zaur Ramazanov, Zaur Tağızadə, Rail Məlikovu mən qaytarmışdım. Uzun müddət idi ki, oynamırdılar millidə. Yəni ki, qısa müddətdə çalışsam da yaxşı alınmışdı. Heyf ki, yaxşı oynasaq da, Belçika və Finlandiyaya uduzmuşduq. Bilirsiz, həmin vaxtı milli çempionat da güclü idi. Hansı komandalar, hansı bölgələrin komandaları var idi? İndi isə belə deyil. Ümid edək ki, yaxşı olacaq hər şey" - deyə, Qyoko Haciyevski fikirlərini yekunlaşdırıb. 

66 yaşlı mütəxəssis ölkəmizdə “Bakı” və “Simurq” klublarını, eyni zamanda Azərbaycan millisini çalışdırıb.

Haciyevski hazırda Səudiyyə Ərəbistanın "Hajer" klubunun baş məşqçisidi. 

Tarix: 12 Oktyabr [14:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio