Azərbaycanlı futbolçu Çexiyada qalacaq?

12:12 - 30 Noyabr 2021

Karyerasını Çexiyanın “Viktoriya Jijkov” klubunda davam etdirən Fərid Nəbiyevin qışdan sonra bu komandada qalıb-qalmayacağı maraqla gözlənilir.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçiyə Azərbaycandan maraq göstərən klublar az deyil. Lakin futbolçu karyerasını Avropada davam etdirmək istəyir. Jijkov klubundakı gələcək taleyi ilə bağlı isə onun özü bu cür danışıb:

“Hələ ki, heç bir yenilik yoxdu. Təkliflər barədə də heç nə deyə bilmirəm. Çünki menecerim məşğuldu məsələlərdə. Hər hansı yenilik olsa sizə bildirərəm”.

Xəbər xətti