"Çelsi" üçün ciddi itki

16:39 - 5 Dekabr 2021

İngiltərənin “Çelsi” klubu ciddi itkiylə üzləşib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Kay Haverts sıradan çıxıb. Alman futbolçu “Vest Hem”lə keçirilən Premyer Liqa matçında zədələnib.

Havertsin son durumu tibbi müayinədən sonra bilinəcək.

​“Çelsi” “Vest Hem”ə səfərdə 2:3 hesabıyla uduzub.

Xəbər xətti