"Mançester Yunayted" son saniyə qolu ilə qalib gəldi - VİDEO

11:51 - 23 Yanvar 2022

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" doğma meydanda "Vest Hem"i qəbul edib. Qarşılaşma "qırmızı şeytanların" minimal hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 38-ə yüksəldən "Mançester Yunayted" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 37 xalı olan "Vest Hem" isə 5-ci yerdədir.

 

"Mançester Yunayted" - "Vest Hem" 1:0

Qol: Markus Reşford, 90+3

 

Xəbər xətti