Eriksen Premyer Liqa klubu ilə müqavilə imzalayır

14:30 - 23 Yanvar 2022

Kristian Eriksen karyerasını yenidən İngiltərə çempionatında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, hazırda azad agent olan Danimarka millisinin futbolçusu "Brentford"la razılığa gəlib. Tərəflər arasında 3 gün ərzində rəsmi müqavilə bağlanılacaq.

 

Klub təcrübəli oyunçunun tibbi müayinədən keçməsini gözləyir.

 

Xatırladaq ki, Eriksenin ötən il iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. 30 yaşlı yarımmüdafiəçinin son klubu "İnter" olub və ötən ay A seriyası təmsilçisindən ayrıldığını açıqlayıb.

Xəbər xətti