Millimizin oyununa azarkeşlər buraxılacaq

Niderland hökuməti dünən açıqladığı qərarlarla ölkədə tətbiq edilən sərt karantin rejimində yumşalmaya gedib.

 

Sportal.az xəbər verir ki, nəticədə azarkeşlər üçün “yaşıl işıq” yandırılıb. Belə ki, hökumət oyunları müəyyən sayda tamaşaçının izləməsinə imkan yaradıb. Bunu nəzərə alan UEFA bu gündən bilet satışını bərpa edəcək. Üstünlük əvvəlcədən bilet alanlara veriləcək. Əgər boş yer qalarsa, yanvarın 27-dən həmin yerlər üçün də bilet satışı həyata keçiriləcək. Azarkeşlərin zallara buraxılmasına isə yanvarın 29-da icazə veriləcək.

 

Qeyd edək ki, həmin gün millimiz Amstredamdakı “Ziggo Dome”də Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.  

Tarix: 26 Yanvar [20:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2022
27  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio