"Espanyol"un futbolçusu Radul de Tomas karyerasını başqa klubda davam etdirəcək.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Real" yetirməsi olan ispan forvard "Sevilya"ya keçməyə hazırlaşır.
Belə ki, Əndəlusiya təmsilçisi forvard üçün "Espanyola"la danışıqlara start verib.
27 yaşlı forvard İspaniya millisinin üzvüdü. O, “Kordoba”, “Valyadolid”, “Rayo Valekano” və “Benfika” klublarında oynayıb.