Nuriyev: "Sabah"a keçdiyimə görə şadam"

"Sabah"ın yeni transferi Anatoli Nuriyev klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Masazır klubuna transferi barədə bu cür danışıb:

"Sabah"a keçdiyimə görə çox şadam. Burda mənə tanış simalar var. İnanıram ki, yeni komandama tez uyğunlaşacağam.

"Sabah"da məşqlərə başlamaq, yeni komanda yoldaşlarım və məşqçilərimlə tanış olmaq üçün səbirsizlənirəm. Ümid edirəm növbəti mövsüm bizim üçün uğurlu olacaq və qarşımıza qoyulan hədəfə çatacağıq.

Tarix: 10 İyun [12:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio