Bolqarıstanlı futbolçunun "Səbail"dəki maaşı məlum oldu

Yeni mövsümdən iddialılar sırasında olmağı planlaşdıran "Səbail" heyətini gücləndirməyə davam edir.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi artıq üç legioneri heyətinə qatıb.

Belə ki, "Səbail" Qoba Zakpo, Luvaqa Kizito və Emil Martinovu transfer edib. Sonuncu isə sabiq komandasına qayıtmış olub.

2018/2019 mövsümündə də Bayıl klubunun formasını geyinmiş bolqarın bu mövsümkü illik maaşı məlum olub. Belə ki, yarımmüdafiəçi “Səbail”də illik 80 min dollar qazanacaq. O, son mövsümü Bolqarıstan çempionatında mübarizə aparan “ÇSKA 1948”də keçirib. 

Tarix: 22 İyun [12:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio