"Neftçi"nin rəqibi Portuqaliyadan futbolçu transfer etdi

14:41 - 26 İyun 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Limassos təmsilçisi Portuqaliyanln "Farense" klubu ilə müqaviləsi başa çatan Mixlali Samson Mayambelanı rənglərinə bağlayıb. Bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb.

 

26 yaşlı cənubi afrikalı vingerlə imzalanan müqavilənni detalları haqda məlumat verilməyib.

 

Mixlali Samson Mayambela başa çatan mövsümdə "Farense"nin heyətində meydana çıxdığı 28 matçda 4 qol vurub.

Xəbər xətti