"Viktoriya"nın Bakıya səfər proqramı açıqlandı

19:40 - 15 Avqust 2022

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya"nın Azərbaycana səfər proqramı məlum olub.

 

Sportal.az xəbər verir ki, Plzen təmsilçisi sabah - avqustun 16-sı səhər saatlarında Bakıya yola düşəcək. Çexiya klubu təxminən 3000 km-lik uçuşdan sonra paytaxtımızda olacaq.

 

Saat 19:45-də "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı baş tutacaq. Sonra isə "qırmızı-göylər" matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqini həyata keçirəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" qarşılaşması 17 avqust tarixində, saat 20:45-də start götürəcək. Komandalar arasında cavab görüşü isə ayın 23-ü Plzandə olacaq.

Xəbər xətti