UEFA-dan "Qarabağ"ın futbolçusu ilə bağlı paylaşım - FOTO

19:50 - 22 Sentyabr 2022

Avropa Liqasının rəsmi tvitter hesabında “Qarabağ”ın futbolçusu Marko Yankoviçlə bağlı paylaşım edilib.

 

Sportal.az xəbər verir ki, səhifədə monteneqrolu yarımmüdafiəçinin turnirin qrup mərhələsində "Nant"a vurduğu qol paylaşılıb və bunlar qeyd olunub:

 

“Marko Yankoviç tərəfindən güc və dəqiqlik”.

 

Qeyd edək ki, “Qarabağ” ikinci turun oyununda Bakıda “Nant”a 3:0 hesabı ilə qalib gəlib. Yankoviç bu matçda Ağdam təmsilçisinin üçüncü qoluna imza atıb. 

 

Xəbər xətti