Azərbaycanda oynamış yunan: "Olimpiakos"un "Qarabağ"a qalib gələcəyini düşünürəm"

Vaxtı ilə Azərbaycanda "Xəzər Lənkəran" forması geyinmiş Dimitris Sialmas Yunanıstan mətbuatına danışıb.

Sportal.az "redking.gr" portalına istinadən xəbər verir ki, hazırda ölkəsində "Aiyoy Anarqiroy" klubunda çıxış edən Sialmas Avropa Liqasının 3-cü turunun "Olimpiakos" - "Qarabağ" görüşü barədə fikirlərini bildirib. 

Sabiq "Xəzər Lənkəran"lı matçdan gözləntiləri haqda bunları deyib: "Olimpiakos" çox güclü komandadı. Ona görə də onların "Qarabağ"a qalib gələcəyini düşünürəm. Bəli, onların avrokuboklarda necə çıxış etdiyini bilirəm. "Olimpiakos" bir neçə futbolçu cəlb edib komandaya. Ona görə də onların güclü komanda olduğunu düşünürəm. Üstəlik onlar Avropa Liqasında artıq xallar toplamalıdı".

Xatırladaq ki, təcrübəli hücumçu “Panionios”, “PAS Giannina” klublarında oynadıqdan sonra 2012-2013-cü illərdə “Xəzər Lənkəran” forması geyinib.



 

Tarix: 30 Sentyabr [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Dekabr 2022
6  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio