"Qəbələ" Xorvatiya çempionuna məğlub oldu

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “qımızı-qaralar” Çempionlar yolunun I mərhələsinin cavab görüşündə “Hayduk”la qarşılaşıb.

 

Azərbaycan və Xorvatiya çempionlarının duelində ilk 45 dəqiqədə hesab açılmayıb. Matçdakı qollar ikinci hissədə vurulub. Öncə Şahin Şahniyarov Samir Ağayevin ötürməsindən sonra qonaqların qapısına yol tapıb. Lakin Zaur Hacıyevin yetirmələri üstünlüyü qoruya bilməyib. Oyunun sonunadək iki qol vuran Split təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

 

Səfərdə keçirilən ilk görüşdə də qalib gələn xorvatiyalılar II mərhələyə yüksəlib. “Qırmızı-qaralar” isə avrokubok mövsümünü başa vurub.

Tarix: 4 Oktyabr [19:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Dekabr 2022
6  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio