Braziliyalı hücumçu uğrunda mübarizəyə "Barselona" da qoşuldu

Braziliyanın "Palmeyras" klubunda çıxış edən Endrik daha bir Avropa nəhənginin transfer siyahısına düşüb.

 

Sportal.az xəbər verir ki, "Barselona" 16 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandes gənc forvardı transfer etmək istədiklərini bildirib:

 

"Endrikin atası və həmçinin oyunçu ilə danışdıq. Mən onlara layihəmi izah etdim. Biz onu istəyirik, o, istedaddlı futbolçudur. Endrik bizə lazım olan oyunçu növüdür. Ümid edirəm "Barselona"ya keçər. Qərar vermək onun ixtiyarındadır”.

 

Qeyd edək ki, "Real", "Çelsi" və PSJ də Endriki transfer etmək uğrunda mübarizə aparır.

Tarix: 26 Noyabr [17:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Fevral 2023
31  Yanvar 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio