"Həmişə Azərbaycanı xaricdə təmsil etməyə çalışmışam"

"İndi klubsuzam. Fərdi məşqlərimi yerinə yetirirəm. Təklif gələcəyi təqdirdə, hazır olmaq üçün boş oturmuram".

Bu sözləri Sportal.az saytına açıqlamasında Araz Abdullayev deyib.

30 yaşlı yarımmüdafiəçi qışdan sonra ölkə xaricinə yollanmaq ehtimalının olduğunu bildirib. Onun sözlərinə görə, hər şey gələcək təkliflərdən asılı olacaq:

"Təbii ki, ölkə xaricinə yollanmaq istəyərdim. Amma klublarımızdan da təkliflər gələrsə, oturub danışacam. Həm ölkədaxili, həm də, xaricdəki klublarla danışıram. Mənə daha uyğun gələn komandaya keçəcəm. Həmişə Azərbaycanı xaricdə təmsil etməyə çalışmışam. Bu dəfə necə alınacaq, baxarıq".

Mirbağırağa

Tarix: 7 Dekabr [17:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Fevral 2023
3  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio