Fransa millisinin üzvü "Çelsi"yə keçir

"Leyptsiq" və Fransa millisinin hücumçusu Kristofer Nkunku Almaniya klubunu yayda tərk edəcək.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, o, 2023-cü ilin yayında "Çelsi"yə keçməyə razılıq verib.

Futbolçunun London klubu ilə müqaviləsi 5 illik olacaq.

Transfer məbləği 70 milyon avrodur. 

PSJ-nin sabiq üzvü 2019-cu ildə "Leyptsiq"ə keçmişdi.

Tarix: 8 Dekabr [13:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Fevral 2023
1  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio