Legioneri "Turan Tovuz"a güzəştə getmək istəmir

18:42 - 7 Fevral 2023

"Turan Tovuz" yayda heyətinə qatdığı Ben Aziz Dao ilə yollarını ayırmaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, əsas komandadan uzaqlaşdırılan burkina-fasolu hazırda əvəzedici heyətdə məşq edir. Klub onun müqaviləsinə xitam vermək niyyətindədir. Amma Dao müqaviləsinin sonuna qədər "Turan Tovuz"da qalmaq istəyindədir. Ona müqavilədə göstərilən bütün məbləğ ödəniləcəyi təqdirdə isə, müqaviləyə xitam verilməsinə razı olacağını qarşı tərəfə bildirib.

Əks təqdirdə, burkina-fasolu kluba güzəşt etmək fikrində deyil. Əvəzedici heyətdə məşq edən Daoya birinci divizion oyunlarında da şans verilmir. Buna baxmayaraq, o, cərimə olunmamaq üçün məşqlərini vaxtı-vaxtında yerinə yetirir. 

 

Xəbər xətti