Samir Əliyev millimizin heyətini açıqladı

17:56 - 18 Mart 2023

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Əliyev 24 oyunçuya dəvət göndərib.

U-21 bu məqsədlə, martın 20-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.

Yığma martın 23-də Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

S.    ADI / SOYADI    KLUB
1    Rza Cəfərov    Neftçi
2    Sahib Həsənov    Şamaxı
3    Rüstəm Samiqullin    Sabah
4    Samet Karakoç    İsparta 32 Spor (Türkiyə)
5    Xəyyam Hüseynov    Turan Tovuz
6    Şirxan Həsənzadə    Qarabağ
7    Abdulla Rzayev    Kəpəz
8    Mirəli Əhmədov    Səbail
9    Hüseyn Babayev    Neftçi
10    İbrahim Ramazanov    Qəbələ
11    Süleyman Damadayev    Qəbələ
12    Mahir Həsənov    Kəpəz
13    Veysəl Rzayev    Turan Tovuz
14    Camal Cəfərov    Sabah
15    Samir Məhərrəmli    Kəpəz
16    Elçin Qasımov    Turan Tovuz
17    Murad Vəliyev    Levadia Tallinn (Estoniya)
18    Ramin Nəsirli    Dauqavplis (Latviya)
19    Nazim Həsənzadə    Dauqavplis (Latviya)
20    Emil Səfərov    Qəbələ
21    Fərid Yusifli    Neftçi
22    Samir Abdullayev    Səbail
23    Nihat Fərəcli    Tus Koblenz (Almaniya)
24    Mehrac Baxşəli    Qəbələ

Xəbər xətti