Millimizə qol vuran avstriyalı: "Azərbaycan üzərində layiqli qələbə qazandıq"

15:11 - 25 Mart 2023

Avstriya milli komandasının hücumçusu Mixael Qreqoriç AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun açılış oyununda Lintsdə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (4:1) şərh edib.

Sportal.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı forvard layiqli qələbə qazandıqlarını söyləyib:

"Rəqibimizdən güclü idik. Oyunu da böyük üstünlüklə oynadıq. Azərbaycan üzərində layiqli qələbə qazandıq. Birdən çox qol vura bilərdim. Ancaq bir neçə yaxşı şansı əldən verdim. Amma istənilən halda, komandama qələbə qazanmasında kömək etdiyim üçün şadam”.

Xatırladaq ki, Avstriyanın 4:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Qreqoriç komandasının ikinci qolunu vurub.

Xəbər xətti