Millinin kapitanı: "Biz dərsimizi aldıq"

11:41 - 29 Mart 2023

İspaniya milli komandasının kapitanı Rodri AVRO-2024-ün seçmə mərhələsində Şotlandiyaya səfərdə məğlubiyyətini (0:2) şərh edib.

Sportal.az xəbər verir ki, UEFA-ya danışan ispaniyalı“İki səhv etdik. Futbolda ən vacib səhvlər iki asan qol buraxmaqdır. Qol şanslarımız oldu, birinci hissədə top qapı dirəyinə dəydi. Perspektivli standart vəziyyətlər də oldu, amma istifadə etmədik. Biz dərsimizi aldıq. Daha yaxşı oynamalı və daha çox qol vurmalıyıq. Qalib gəlmək istəyirik. Oyunun məqsədi budur. Şanslarımızdan daha yaxşı istifadə etməliyik".

Xəbər xətti