"Klubum yayda məni satmaq istəmir"

20:39 - 30 Mart 2023

 "Leyptsiq"də çıxış edən Yoşko Qvardiol Avropanın nəhəng klublarının transfer siyahısındadır.

Sportal.az xəbər verir ki, Almaniya klubu "Liverpul", "Çelsi" və "Mançester Siti"nin heyətinə qatmaq istədiyi xorvatiyalı müdafiəçini satmaq fikrində deyil. 21 yaşlı futbolçu bu barədə özü açıqlama verib:

"Leyptsiq" yayda məni satmaq istəmir. Buna görə də transfer haqda danışmağın bir mənası yoxdur".

Qeyd edək ki, "Leyptsiq" Yoşko Qvardiolu 2020-ci ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiyalı mərkəz müdafiəçisi Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 78 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti