Böyük Dəbilqə: 2 cüdoçumuz medal qazandı

21:04 - 1 Aprel 2023

Səid Mollayi Böyük Dəbilqənin gümüş medalını qazanıb.

Sportal.az xəbər verir ki, Antalya Böyük Dəbilqə turnirinin ikinci günündə -81 kq. çəki dərəcəsində yarışan cüdoçumuz gümüş medal əldə edib. Səid finalda belçikalı Mattias Kassenə məğlub olub.

Digər cüdoçumuz Hidayət Heydərov isə bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanova qalib gəlib.

Xəbər xətti