"Vinisiusun "Real"dan ayrılacağını düşünmürəm"

16:20 - 24 May 2023

Braziliya millisinin üzvü Vinisius Junior irqçi təhqirlərə məruz qalmasına baxmayaraq "Real"ı tərk etməyəcək.

Sportal.az "AS"a istinadən xəbər verir ki, Madrid klubunun çalışdırıcısı Karlo Ançelotti futbolçunun komandada qalacağına inandığını bildirib: 

"Vinisiusun komandadan ayrılacağını düşünmürəm. Çünki o, “Real”ı sevir və karyerasını bu komandada qurmaq istəyir. Baş vermiş hadisələrə görə çox kədərlidir. Amma hamının onu dəstəklədiyini bilir".

Xatırladaq ki, braziliyalı İspaniya Primerosunun 35-ci turunun "Valensiya" (1:0) ilə görüşündə yerli fanatlar tərəfindən irqçiliyə məruz qalmışdı.

Xəbər xətti