"Zirə" "Qəbələ"nin hücumçusunu heyətinə qatmağı planlaşdırır

16:46 - 25 May 2023

"Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov yeni mövsümə başqa komandada başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı hücumçuya iki klub təklif göndərib.

Belə ki, "Sumqayıt" və "Zirə" İsgəndərovu heyətinə qatmaq üçün mübarizə aparır. Hər iki klub yeni mövsüm üçün Ülvini heyətində görmək istəyir. "Qəbələ"nin hücumçusunun yeni mövsümə hansı komandada başlayacağı isə yayda verəcəyi qərardan asılı olacaq.

Xəbər xətti