"Biz finallarda oynayıb, kuboklar qazana bilərik"

20:00 - 25 May 2023

"İnter"in prezidenti Stiven Çanq İtaliya kubokunun finalında "Fiorentina" üzərində qələbəni (2:1) şərh edib.

Sportal.az xəbər verir ki, "Football Italia"ya açıqlama verən çinli klub rəhbəri futbolçuları ilə fəxr etdiyini bildirib: 

"Futbolçularım və bütün heyətlə necə fəxr etdiyimi sözlə ifadə edə bilmərəm. Komandada hər kəsin qalib mentaliteti var. Buna görə də biz finallarda oynayıb, kuboklar qazana bilərik. Bu, səylərimizin mükafatlandırıldığını bir daha təsdiqləyir. Əziyyətimizin bəhrəsini görmək xoşdur",
 

Xəbər xətti