"Qarabağ" bunu 300-cü dəfə etdi

12:17 - 29 May 2023

"Qarabağ" Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXVI turunda baş verib. Qurban Qurbanovun yetirmələri mövsümün son matçında “Turan Tovuz”a qalib gəlib – 3:1.

Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. “Qarabağ” bu göstəricidə mütləq rekordçudur.

Ağdamlıların ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb. Həmin gün Kürdəmir “Şirvan”ını qəbul edən “Qarabağ” 6 cavabsız qolla qələbə qazanıb.

Xəbər xətti