"Ümid edirəm ki, Qaltye PSJ-də qalacaq"

19:58 - 4 İyun 2023

PSJ-nin qapıçısı Canluici Donnarumma ümid edir ki, Kristof Qaltye baş məşqçi postunda qalacaq.

Sportal.az xəbər verir ki, “RMC Sport”a açıqlama verən italiyalı qolkiper son vaxtlar PSJ rəhbərliyinin komandadan göndəriciyi fransalı mütəxəssis haqda xoş sözlər deyib:

"Düzünü desəm, azarkeşlərin Lionel Messi və Kristof Qaltyenin fitə basmasına fikir vermədik, sadəcə çempionluğu qeyd etməkdən həzz aldıq. Qaltye komandada qalacaq? Bu sual mənə aid deyil. Ümid edirəm ki, belə olacaq. Çünki o, böyük məşqçidir, komandaya hələ çox şey verə bilər. Onunla bir mövsüm keçirdiyimə görə çox şadam. Biz Liqa 1-də öz meydanımızda çox uduzduq, dörd oyunda. Bu bir daha təkrarlanmamalıdır. Bu mövsüm bir az psixoloji sarıdan axsayırdıq".

Xəbər xətti