"Sumqayıt" və "Zirə" cərimələndi

17:50 - 17 Avqust 2023

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının II turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə-2” – “Kəpəz-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);

“Sumqayıt-2” – “Sabah-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sumqayıt-2” komandası 100 manat cərimə edilir (maddə 77.1).

Xəbər xətti