PSJ fransalı hücumçu üçün 70 milyon avro təklif edəcək

18:26 - 21 Avqust 2023

Fransanın PSJ klubu hücum xıttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin əsas hədəfi "Ayntraxt"da çıxış edən Randal Kolo Muanidir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

PSJ 24 yaşlı forvard üçün Frankfurt təmsilçisinə 70 milyon avroluq rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Ayntraxt" Randal Kolo Muanini mövsümün əvvəlində "Nant"dan transfer edib. Fransa millisinin üzvü komandanın heyətində meydana çıxdığı 41 rəsmi matçda 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bundesliqa klubu ilə sözləşməsinin müddəti 2027-ci ilin iyun ayına kimidir.

Xəbər xətti