İstanbul klubu dünya çempionunu transfer edir

17:53 - 11 Sentyabr 2023

Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"dan ayrılan Papu Qomeslə danışıqlar aparır. Azad agent statusunda olan 35 yaşlı İstanbul təmsilçisində oynamağa isti yanaşır.

"Fatih Karagümrük"ün prezidenti Süleyman Hurma təcrübəli vingerlə şəxsən görüşüb şərtlərini bildirib. Transferin yaxın günlərdə tamamlanacağı gözlənilir.

Qeyd edək ki, Papu Qomes "Sevilya"ya 2021-ci ilin yanvar ayında "Atalanta"dan keçmişdi. Argentinalı dünya çempionu Əndəlus təmsilçisinin heyətində meydana çıxdığı 90 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti