PSJ-nin futbolçusu Qətər klubunda - RƏSMİ

22:30 - 13 Sentyabr 2023

Filipe Koutinyodan sonra daha bir məşhur futbolçu Qətərə üz tutub.

Sportal.az xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Marko Verratti "Əl Ərəbi" klubuna keçib. Bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ərəblər 30 yaşlı yarımmüdafiəçi üçün Fransa klubuna 45 milyon avro təzminat ödəyib. İtaliya millisinin üzvü yeni klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, PSJ Marko Verrattini 2012-ci ilin yayında "Peskara"dan transfer etmişdi. Təcrübəli orta xətt oyunçusu Paris təmsilçisinin heyətində meydana çıxdığı 416 rəsmi matçda 11 qol və 61 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti